AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİNƏ XOŞ GƏLMİSİNİZ!

  Dağların qoynunda, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerkəşən Ağbulaq İstirahət Kompleksi Şahbuz rayonunun eyniadlı kəndində, Naxçıvan şəhərindən 58 km, Beynəlxalq Hava Limanından isə 66 km məsafədə yerləşir.

  "Ağbulaq İstirahət Mərkəzin"də siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Təbii qidalar, təmiz hava və ecazkar, möcüzəli təbiət sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq.

  Ümumi tutumu 76 nəfər olmaqla, 38 otaq fəaliyyət göstərir. Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, mini bar, kassa, vanna otağı(duş, duş vannası, duş kabini), WC, fenlə təchiz olunub. İstirahət Mərkəzində Ağbulaq restoranı, kafe bar, restoran bar fəaliyyət göstərir. Bundan başqa mini futbol meydanı, market, uşaqlar üçün mini klub, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.